Now Reading:
Əfqan Muxtarlının səhhətində problemlər var
Full Article 2 minutes read

Həbsdə olan jurnalist Əfqan Muxtarlının səhhətində problem yaranıb, sinəsində ağrılar var.



Bu barədə onun  mühacirətdə olan həyat yoldaşı Leyla Mustafayeva məlumat verib. Leyla Mustafayevanın sözlərinə görə, 3 həftə əvvəl Əfqan Muxtarlıyla telefonla danışanda öskürürmüş və ciyərlərinin soyuqladığını deyib. “Müayinə olunub və rentgen edən həkim deyib ki, ağciyərində ləkə görünür. Başqa bir həkim baxıb, deyib ciddi bir şey yoxdur. Həkimlərin müxtəlif rəy verməsi elə məndə də narahatlıq yaratmışdı. Ötən həftələr ərzində həkimlərin yazdığı dərmanları göndərmişik. Qəbul edib. Bu gün yenə də deyirdi ki, sinə nayihəsində ağrıları var. Səbəb sadəcə soyuqlamadırsa, qəbul etdiyi dərmanlardan sonra adamın yenə şikayəti varsa, bu, o deməkdir ki, o, yenidən müayinə olunmalı, təcrübəli, normal həkim nəzarətindən keçməlidir.

Hər dəfə danışanda deyir nəbzi 100-dən yuxarı vurur. Tbilisidə müayinələr zamanı onun səhhətində belə bir hal müşahidə edilməmişdi. Otən həftə zəng edəndə demishdi ki, təzyiqi 100-150 arasındadır və başağrıları olur. Vəkil Nemət Kərimli baş idarə ilə danışandan sonra təcridxanadan Əfqana deyiblər ki, kənardan yaxşı həkim axtarırlar. Lap istəyirsə, Bakıdan həkim gətirə bilərlər. Bunları vaxtında eləmək lazımdı”.

Leyla Mustafayeva Əfqan Muxtarlının artıq çəkidən əziyyət çəkdiyini bildirib:

“Bir ilə yaxındır istintaq tədricxanasında olduğundan hərəkət edə bilmir. Tbilisidə olanda şəkər və çəkisinə görə həkin gündə ən azı 3-4 km piyada gəzməyi tövsiyə etmişdi. Bir ilə yaxındır bunu edə bilmir. Üstəlik, məhkəməsini otən ay ərzində 3 dəfə təxirə salıblar və növbəti məhkəmə aprelin 24-də olacaq. Onun “zon”a köçrülməsi belə ləngiyir. Bunların hamısı onun səhhətinə mənfi təsir edir”.

Penitensiar Xidmətdən Meydan TV-nin suallarını cavablandırmayıblar.

Jurnalist Əfqan Muxtarlı 2017-ci ilin mayın 29-da Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Azərbaycan hökuməti isə jurnalisti Cinayət Məcəlləsinin “hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən ona qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiqetmə” maddəsi (315.2) ilə ittiham edir. Bu ittiham üç ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

Bundan başqa, ona “dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə” (318.1) və “qaçaqmalçılıq” (206.1) maddələri ilə ittiham irəli sürülüb. Həmin ittihamlara görə 318.1 maddəsi 1500 manatdan 3000 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə, 206.1 maddəsi beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzası nəzərdə tutur.
Beynəlxalq hüquq-müdafiə təşkilatları Əfqan Muxtarlının siyasi məhbus kimi tanıyır.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: