Now Reading:
Əfqan Muxtarlının məhkəməsi təxirə salınıb
Full Article 50 second read


Jurnalist Əfqan Muxtarlının Şəki Apellyasiya Məhkəməsində aprelin 3-nə təyin olunmuş məhkəməsi təxirə salınıb.

Bu barədə Modern.az-a onun hüquqlarını müdafiə edən vəkil Elçin Sadıqov məlumat verib.

Vəkilin sözlərinə görə, məhkəmənin təxirə düşməsinə səbəb dövlət ittihamçısının iştirak edə bilməməsidir:

“Buna görə də məhkəmə qeyri-müəyyən vaxta təxirə salınıb. Məhkəmənin vaxtı barədə məlumat veriləcək”.

Rəsmi məlumata görə, Ə.Muxtarlı mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən Ə.Muxtarlı xidmət əməkdaşlarına müqavimət göstərib. Ə.Muxtarlı inzibati qaydada tutularaq üzərində şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanaraq götürülüb.

Ona Cinayət Məcəlləsinin 318-ci (Dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb. məhkəmənin hökmü ilə Əfqan Muxtarlı 6 il müddətinə azadlıqdan məhrum edilib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: