Now Reading:
Ədalətsizliyə xidmət edən “humanizm”
Full Article 3 minutes read

Ədalətsizliyə xidmət edən “humanizm”



Məhkəmə Hüquq Şurası hansı hakimləri cəzalandırıb?


Ötən gün Məhkəmə-Hüquq Şurasının bütün apellyasiya məhkəmələri sədrlərinin və hakim assosiasiyaları rəhbərlərinin iştirakı ilə geniş iclası keçirilib. İclasda çıxış edən Ədliyyə naziri Fikrət Məmmədov ənənəvi olaraq İlham Əliyevin uğurlu daxili və xarici siyasətindən danışıb, ölkəmizin davamlı inkişafından məmnun olduğunu bildirib. Ümumiyyətlə, mövzudan asılı olmayaraq, istənilən tədbirdə, müşavirədə, təqdimat mərasimində ölkə başçısının uğurlu siyasətini yad eləmək yazılmamış protokol qaydasıdır.
Əlbəttə ki, yazımızın mövzusu bu “ənənə”ni tənqid etmək deyil. Toxunmaq istədiyimiz əsas məsələ Azərbaycan məhkmələrinin müstəqil olmaması, qanunun ayaqaltı edilməsi və “ədalət məhkməsi” adlanan məkanın ədalətsizliyə könül verməsidir.
Ədliyyə naziri çıxışında onu da bildirib ki, kobud pozuntulara görə 15 hakim intizam məsuliyyətinə cəlb olunub, 3 hakimin isə səlahiyyətinə son verilib. Daah sonra Ali Məhkəmə, Baş Prokurorluq və Ədliyyə Nazirliyinin birgə işçi qrupunun məlumatı dinlənilib. Bildirilib ki, cəza siyasətinin humanistləşməsi üzrə cinayət qanunvericiliyinə 200-dən artıq dəyişiklik edilib və bunun nəticəsində 450-yə yavxın şəxs azadlığa buraxılıb. Ümumilikdə bəyan edilib ki, insan haqlarının qorunması prioritetdir. Hətta bildirilib ki, korrupsiya hallarına yol verdiyi üçün 6 hakim barədə intizam icraatı başalnılıb.
Təəssüflə olsun ki, bütün sahələrdə olduğu kimi, ədliyyə sahəsindəki fəaliyyət də imitasiyadan ibarətdir. Cəza siyasətinin humanistləşməsindən danışırlar, amma şərlənərək həbs edilmiş və günahsızlığı sübuta yetirilmiş 150-dən artıq şəxs hələ də həbsxana həyatı yaşayır. Kobud pozuntulara yol verən hakimlərinin cəzalandırıldığını göstərirlər, amma günahsız insanlara ağır hökm cəzası oxuyan hakimlər ən yüksək mərtəbəyə qaldırılıb. Həmin cəzalandırılmış hakimlər arasında Avropa Məhkəməsinin ifşa etdiyi hakimlər varmı? Həmin hakimlər arasında “heykəl məhbusları”na 10 il hökm oxuyan, Nardaran məhbuslarına 20 il hökm oxuyan, “facebook” satatusuna görə Fuad Qəhrəmanlıya 10 il həbs cəzası kəsən, heç bir sübut olamdan Qarabağ qazisi Asif Yusiflini 7.5 il müddətinə həbsə göndərən şəxslər varmı? Əlbəttə ki, cəzalanan hakimlər hansısa yüzüncü dərəcəli işlərlə bağlı cəzalanıb. Amma böyük cinayətləri ört-basdır edən, korrupsiyanın izini itirməyə çalışan hakimlər yenə də iş başındadır. Çünki, bu ölkədə hansısa siyasi fəalın, müxalifət funksionerinin, tənqdiçi jurnalistin həbsi ən yuxarı səviyyədə ssenariləşdirilir və hakim də ona sifariş verilən hökmü elan edir.
Korrupsiyaya bulaşmış adamlara “Şərəf”, “Şöhrət” ordeni verilirsə, korrupsiya halına yol vermiş hakimin cəzalandırılması absurd görünür.
Bugün Azərbaycan vətəndşaları öz hüquqlarını Avropa Məhkəməsində bərpa edirlər, Azərbaycan reallığında haqlı olan güclü deyil, güclü olan haqlıdır. Vicdanlı, cəsarətli, ədalətli hakimləri, vəkilləri sıradan çıxardıqdan sonra, humanistləşdirmə siyasəti nəyə yarayacaq?
Azərbaycanda məhkəmə ssitemi çoxdan iflasa uğrayıb və hər il Azərbaycan hökumətinin Avropa Məhkəməsi tərəfindən cəzalandırılması da bunun göstəricisidir. Əgər Azərbaycanda müstəqil məhkəmə ssitemi olsaydı, bu gün onlarla vəzifəli şəxs həbsxanada olardı, şərlənərək həbs olunmuş adamlara isə bəraət verilərdi. Azərbaycanda alternativ qətimkan tədbirlərinə istinad edilməməsi də daha çox qazanc əldə etmək məqsədi daşıyır. İstənilən şəxsi istənilən maddəylə həbs etmək və istənilən vaxt müəyyən məbləğ qarşılığında azadlığa buraxmaq mümkündür.
Ona görə də geniş iclaslar keçirməyə, cəzanın humanistləşməsindən danışmağa ehtiyac yoxdur. Nə qədər ki, Azərbaycanda avtoritar idarəetmə mövcuddur, nə qədər ki, qanun şah deyil, o vaxta qədər də müstəqil məhkəmədən danışmaq, ədalətli cəzadan söhbət açmaq absurd görünəcək. Reallıq budur ki, hər gün ədalətsiz məhkəmə hökmlərinin daha da artdığının, qanunların daha da gücsüzləşdiyinin şahidi oluruq.

Samir

24saat.org

Mənbə – azadliq.info

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: