24saat.org xəbər verir ki, bu gün “Holiday İnn Baku” otelində “Turizm və media: inkişafa aparan yolda birgə fəaliyyət” mövzusunda keçirilən konfransda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəz Qarayev diplomatik skandala səbəb olacaq fikir səsləndirib.
Belə ki, nazirlik olaraq qonşu dövlətlərin də turizm imkan və inkişafını izlədiklərini bildirən Ə.Qarayev Rusiya, Ermənistan, Gürcüstan, Abxaziya və s. dövlətlərdəki vəziyyətin nəzarətdə saxlanıldığını, bu dövlətlərin turizm sektoundakı artıb-azalmaların təqib edildiyini bildirib. Nazir dediklərinin isbatı kimi konfrans iştirakçılarına xüsusi cədvəl də nümayiş etdirib.
Məlumat üçün qeyd edək ki, Rusiyanın hərbi-siyasi dəstəyi ilə müstəqilliyini elan edən Abxaziyanı müstəqil dövlət kimi yalnız Rusiya, Nikaraqua, Venesuela, Nauru və Vanuatu tanıyır.