Now Reading:
Zukerberqin “Facebook” statusları silinib
Full Article 40 second read

Zukerberqin “Facebook” statusları silinib



“Facebook”un yaradıcısı və rəhbəri Mark Zukerberqin bir neçə statusu sosial şəbəkədən silinib.

İKT.lent.az-ın “The İnternational Business Times”a istinadən verdiyi xəbərə görə, noyabrın 29-da M. Zukerberqin 10-a qədər yazısının yoxa çıxdığı məlum olub. Bunlar seçkilər və “Facebook”da yalan xəbərlərin yayılması mövzusunda postlar imiş. Bir müddət sonra onlar bərpa edilib.

 

Şirkətin nümayəndəsi hadisənin təsadüf nəticəsində baş verdiyini açıqlayıb: “Bu, bizim sistemlərimizdən birinin səhvi ucbatından baş verib. Markın akkauntu sındırılmayıb”.

 

M. Zukerberqin silinən postlarından biri (12 noyabr tarixli) ABŞ-dakı seçkilər, “Facebook”da uydurma məlumatların yayılması və “komplo nəzəriyyəsi” ilə bağlı olub. 19 noyabr tarixli digər statusunda isə o, uydurmalarla mübarizə planını təqdim edib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: