Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Zorlanmış iki uşaq anasına ŞOK TƏKLİF – FOTOLAR

İngiltərənin Herntfordşir şəhərinin sakini, iki övlad anası Corcina Mortimer belə söyləyir.

İstirahət etdiyi kurortda zorlanmış bu 45 yaşlı qadına turizm şirkəti “mənəvi təzminati” qismində gözəllik salonuna pulsuz bilet təklif edib.

Corcina Mortimer bu ilin fevralında təcavüzə məruz qalıb. O, “Girls for Sail” turizm şirkətində Karib dənizindəki Sent-Lusiya ada dövlətinə tur almışdı. Bu tur çərçivəsində qadın “Royal Yacht Association”ın əməkdaşlarının yardımı ilə yaxta idarə etməyi öyrənəcəkdi.
Tur üçün C.mortimer 2600 dollar ödəmişdi.

Fəqət, Sent-Lüsiyadakı Rodney Bay Marinada yerləşən “Summer Breeze” otelində qaldığı ikinci gecədə Mortimer hücuma məruz qalıb: “Otağıma girən kişi məni zorladı. 15 dəqiqə sonra qapını kimsə döyəndə o, qaçdı”.

Qadın “Girls for Sail”in menecerlərinə şikayətlənəndə onlar “lütfən, bu insident barədə başqa turist qadınlara danışıb onların ovqatlarını təlx etməyin” söyləyiblər. Daha sonra şirkət C.Mortimerə oteldə yalnız bir gecəlik qalmağın pulunu ödəməyə razılıq verib. Bu səbəbdən iki uşaq anası oteli tərk etməli olub.

Naçar qalmış C.Mortimer Britaniyanın Sent-Lüsiyadakı konsulluğuna müraciət edərək diplomatlardan yardım istəyib. Konsulluğun yardımı ilə vətənə qayıdan Mortimer “Girls for Sail” şirkətinə bir neçə dəfə şikayət məktubu yollayıb.

Sonucda şirkət qadına gözəllik salonuna pulsuz bilet təklif edib.
Hiddətlənmiş Corcina Mortimer “Girls for Sail” şirkətini məhkəməyə verib./milli.az/

Zorlanmış iki uşaq anasına ŞOK TƏKLİF - FOTOLAR
Zorlanmış iki uşaq anasına ŞOK TƏKLİF - FOTOLAR
Zorlanmış iki uşaq anasına ŞOK TƏKLİF - FOTOLAR
Zorlanmış iki uşaq anasına ŞOK TƏKLİF - FOTOLAR

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Məktəbli 74 yaşlı nənəni ZORLADI – FOTOLAR

%d bloqqer bunu bəyənir: