Loading...
Loading...

Ziya Məmmədovun qardaşı icra başçısı təyin olunur

Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədovun rayonlardan birinə icra başçısı təyin olunması müzakirə olunur. Bu barədə məlumatı 24saat.org-a hakimiyyətə yaxın mənbə verib. Mənbə iddia edir ki, artıq bir müddətdir belə bir müzakirə aparılır. Qaynağımız deyir ki, bir neçə gün əvvəl Ziya Məmmədovla prezident İlham Əliyevin görüşündə də bu məsələ müzakirə olunub. “Bir neçə sayt məlumat yaymışdı ki, Elton Məmmədov “MTN işi”nə görə “vurulan” Çingiz Əsədulayevin yerinə Ağdaşdan deputat seçilmək istəyir.

Lakin bu yanlış məlumat idi və Elton Məmmədov da bunu təkzib etdi. Keçmiş deputat icra başçısı olmaq istəyir. Ziya Məmmədovun əvvəlki gücünü itirməsinə baxmayaraq, ölkə başçısı onu tamamilə “vurmaq” istəmir. Hətta bəzi iddialara görə, Ziya Məmmədovun özü də yeni vəzifəyə təyinat ala bilər”, – deyə mənbə bildirib.

24saat.org

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

4 günlük Qarabağ savaşının “fərarisi” – Nazim İbrahimov

%d bloqqer bunu bəyənir: