Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ziya Məmmədovun oğlunun şirkəti ləğv edildi

Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus sğorta şirkətinin lisenziyası ləğv edilib.

Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 23 sentyabr 2016-cı il tarixli qərarına əsasən “Qarant Sığorta” ASC-nin sığorta fəaliyyətinə verilmiş lisenziyası sığortaçının müraciətinə əsasən ləğv edilib. Bu barədə fins.az-a MBNP-dən bildirilib.

Belə ki, “Qarant Sığorta” ASC-nin səhmdarlarının ümumi yığıncağı tərəfindən 25 dekabr 2015-ci il tarixində sığortaçının könüllü ləğv edilməsinə dair qəbul edilmiş qərarla bağlı Palataya müraciət daxil olmuşdu.

Palata, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 107.1.1-ci maddəsini və Palatanın Nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq “Qarant Sığorta” Açıq Səhmdar Cəmiyyətinin sığorta fəaliyyəti üçün verilmiş 23 iyul 2013-cü il tarixli 000950 nömrəli, 955 qeydiyyat nömrəli lisenziyasının ləğv edilməsi barədə qərar qəbul etmişdir.

Qeyd edək ki, Qarant sığorta ASC könüllü ləğvolunma prosesində olduğundanvə şirkətin istehlakçılar qarşısında öhdəliklərin icra olunmasını təmin etmək məqsədi ilə sığorta müqavilələrini (poertfelini) qanunvericilik çərçivəsində “Paşa Sığorta” ASC-yə ötürmüşdür.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Şeyx ərəb turistlərində təhlükə görür

%d bloqqer bunu bəyənir: