Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ziya Məmmədovun oğlunun radiosu əlindən alındı

Azərbaycanda fəaliyyət göstərən Avto FM radiosu fəaliyyətini dayandırıb.

Xatırladaq ki, Avto FM radiosunun ilk rəhbəri hazırda xaricdə olan jurnalist Elnur Baimov olub.
“Avto FM”-in yayım hüququ bütövlüklə Bakı Nəqliyyat Agentliyinin (BNA) tərkibində fəaliyyət göstərən Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə (NİİM) məxsusdur. “Avto FM” MMC ilə müqaviləyə əsasən yayıma adıçəkilən şirkət çıxırdı. Sentyabr ayının 1-dən bu müqaviləyə xitam verilib. Bu gündən yayım hüququ tamamilə NİİM-ə keçib”.

Bunu BNA-nın İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarova APA-ya bildirib.

Onun sözlərinə görə, tezlik BNA-ya keçib və radionun adı dəyişəcək: “Ola bilsin ki, yeni mövsümdən proqramların adı və formatı dəyişsin. Ümumiyyətlə, radionun fəaliyyətində ciddi dəyişiklik yoxdur. Bir neçə gün ərzində radioda non-stop rejimdə musiqilər yayımlanacaq, lakin gələn həftədən radio fəaliyyətini tam bərpa edəcək”

Qurum rəsmisi əlavə edib ki, radioda çalışan heç bir əməkdaş işdən çıxarılmayıb.

Xatırladaq ki, 2013-cü ildə fəaliyyətə başlayan bu radionun Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus olması haqda xəbərlər yayılsa də, bu E. Baimov tərəfindən təkzib olunurdu.

24saat.org

(Xəbər APA və “Qafqazinfo”nun informasiyaları əsasında hazırlanıb)
avto-fm

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Cəbhədə növbəti təxribat

%d bloqqer bunu bəyənir: