Loading...
Loading...

Ziya Məmmədov villasını satdı  – Görüntü

Son aylar hakimiyyətdaxili savaşda rəqiblərinə ciddi mənada uduzaraq nüfuzunu itirən Nəqliyyat naziri Ziya Məmmədov Quba rayonu ərazisində yerləşən dillərə dastan olan villasını satmağa müəssər olub.

ziya-bag11

24saat.org xəbər verir ki, Qubanın Qızıl Qazma kəndi ərazisində yerləşən həmin villanın ərazisində Ziya Məmmədovdan başqa, oğlu və qızının da adına tikilmiş möhtəşəm malikanələr olub. Məlumat üçün bildirək ki, sözügedən dağlıq ərazidə ölkə başçısı İlham Əliyevin qonaq evi ilə yanaşı, Bəylər Əyyubov, Artur Rəsizadə, Kəmaləddin Heydərov və Ramiz Mehdiyev kimi önəmli fiqurların da villaları yerləşir. İddiaya görə, həmin villaları “Akkord” şirkəti məlum şəxslərə hədiyyə olaraq inşa edib.

ziyabag222

Əldə etdiyimiz məlumata görə, Ziya Məmmədovun vurulma prosesi başlanan zaman nazirin ilk atdığı addımlardan biri sözügedən villanı satışa çıxarmaq olub. Bizə verilən məlumatda o da bildirilir ki, yaxın günlərdə Ziya Məmmədov həmin ərazidə yerləşən villalarından birini satmağa müəssər olub.

Lakin məlumdir ki, hakimiyyətin ən önəmli güclərinin arasında bölüşdürülmüş dağda villa almaq sıradan birinin işi deyil. 24saat.org olaraq həmin şəxsin kimliyini dəqiqləşdirə bilməsək də, məlumumuz olub ki, Məmmədovun villasını alan şəxs yaxın aylarda prezident İlham Əliyev tərəfindən mükafatlandırılan məmurlardan biridir.

Mövzuya qayıdacağıq.

24saat.org

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

İlham Əliyevin hakimiyyət içindəki düşməni Əli Kərimlinin evi qarşısında nə axtarırdı?

%d bloqqer bunu bəyənir: