24 saat

Zimbabvenin 92 yaşlı prezidenti öz abidəsinin açılışında iştirak edib – FOTO


Zimbabvenin paytaxtı Harare şəhərində ölkə prezidenti Robert Muqabenin abidəsinin açılış mərasimi keçirilib.

BBC xəbər verir ki, abidənin açılışı mərasimində 92 yaşlı dövlət başçısının özü də iştirak edib.

4 metrlik daş abidə yerli heykəltəraş Dominik Behuroy tərəfindən hazırlanıb. Eynəkli və bığlı abidə Muqabeni təsvir edir.

Prezident özünə həsr olunmuş heykəli “gözəl sənət əsəri” adlandırıb.

Qeyd edək ki, Robert Muqabe 1980-ci ildən ölkəni fasiləsiz idarə edir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: