Now Reading:
Zaxarovadan Rasmussenə cavab: “Qul psixologiyası…”
Full Article 40 second read

Zaxarovadan Rasmussenə cavab: “Qul psixologiyası…”



Rasmussendə qul psixologiyası, görəsən, haradan qaynaqlanır?

Axar.az xəbər verir ki, bunu öz Feysbuk səhifəsində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova yazıb. Onun sözlərinə görə, bu tip insanlar Avropaya qəsdən yerləşdirilir:

“Rasmussen ABŞ-ın dünya jandarmı olmasını istəyir. Xatırladıram ki, bu insan NATO-ya rəhbərlik edib. Onda bu cür qul psixologiyası haradan qaynaqlanır? Belələrini Vaşinqtonun nəzarətindəki beynəlxalq təşkilatların rəhbərliyinə götürüb, Avropanın siyasi elitasına yeridirlər. Dünya jandarmeriyası haqqında fikirləşənlər demokratiyadan necə də uzaqdırlar”.

Qeyd edək ki, NATO-nun keçmiş Baş katibi Anders Foq Rasmussen amerikalı jurnalistlərə müsahibəsində ABŞ-ın dünya jandarmı olması gərəkdiyini bildirib. O, həmçinin Obamanı dünyadakı konfliktlərə hərbi müdaxilə məsələsində iradəsizlik göstərdiyinə görə tənqid edib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: