Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Zaxarova: Rusiya-Türkiyə münasibətlər bərpa edilə bilməz – “RƏSMİ SƏVİYYƏDƏ”

Rusiya və Türkiyə arasında rəsmi səviyyədə münasibətlər bərpa edilə bilməz.

TASS xəbər verir ki, bu barədə mətbuat konfransında Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Zaxarova qeyd edib ki, eyni zamanda Rusiya tərəfindən türk xalqına və türk biznesinə qarşı heç bir əks-fəaliyyət olmayıb və ola da bilməz.

“Türk rəsmilərinə gəldikdə isə, perspektiv yoxdur. Onlar elədiklərini etdilər. Biz indi anlayırıq ki, bu, onların düşünülmüş seçimi idi” , – o vurğulayıb.

“Beynəlxalq münasibətlərdə onların (Türkiyə hakimiyyətinin) qurduğu “kartlar evi” dağılmağa başlayıb”, – Zaxarova bildirib.

“Xalqlar, ölkələr arasında münasibətlər nöqteyi-nəzərindən – əlbəttə ki, münasibətlər inkişaf edəcək. Türk xalqına, türk biznesinə, iqtisadi mühit nümayəndələrinə qarşı heç bir əks-fəaliyyət, heç bir kampaniya yoxdur və ola da bilməz”, – Rusiya XİN-in rəsmisi vurğulayıb.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Rogozinin adı ofşor qalmaqalında hallanır

%d bloqqer bunu bəyənir: