Advertisements
24 saat

Zaur yol hərəkəti qaydalarını belə pozdu – VİDEO

ATV kanalının aparıcısı Zaur Baxşəliyev yol hərəkəti qaydalarını pozub. Bunu təsdiq edən videonu sosial şəbəkələrdə Zaur özü paylaşıb.
Azyaşlı qızı ilə avtomobildə çəkdiyi videonu paylaşan aparıcı sükan arxasında rəqs edib, mahnı oxuyur. Qızı da onunla birlikdə rəqs edir. Yaxşı haldır ki, Zaur özü sükan arxasında təhlükəsizlik kəmərindən istifadə edir. Balacı qızının da kəmərini bağlayıb. Lakin videodan da göründüyü kimi, kəmərin yalnız orta hissəsi bağlanıb.
Bütün bunlar bir yana, Zaur ümumiyyətlə, uşağı orada oturtmalı deyil. Çünki qaydalara görə, yalnız 12 yaşdan yuxarı uşaqlar qabaq oturacaqda otura bilər. Zaurun qızının isə yaşı azdır. Balacı qızcığaz arxada xüsusi oturacaqda oturmalı idi.
Sərnişindaşıma qaydalarının pozulması Zaur Baxşəliyevin 60 manat – 3 bal cərimə olunması ilə nəticələnə bilər.(publika.az)

 

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: