Zaqatalada “Azərpoçt”un ofisindən içərisində pul olan seyf oğurlanıb


Zaqatalada “Azərpoçt” MMC-nin filialı qarət olunub.

Rayonun Muğanlı kənd sakinlərinin APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, aprelin 27-də gecə saatlarında “Azərpoçt” MMC-nin kənd ərazisində fəaliyyət göstərən filialı naməlum şəxslər tərəfindən yarılıb.

Zaqatala rayon Polis Şöbəsindən  faktı təsdiqləyiblər. Bildirilib ki, hələlik kimliyi müəyyənləşdirilməmiş şəxs və yaxud şəxslər filialdan içərisində 480 manat və sənədlər olan seyfi oğurlayıblar.

Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.

24saat.org

Paylaş:

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

Qarabağda selfi çəkib Azərbaycana mesaj göndərən erməni hərbçi məhv edildi – FOTO

%d bloqqer bunu bəyənir: