Loading...
Loading...

Zaqatalada 100-dən çox sakinə “kupça” verildi

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Zaqatala rayonunda “Kütləvi çıxarış” kampaniyası keçirib.

ƏMDK-dan 24saat.org-a verilən məlumata görə, kampaniyada rayonun bir neçə kəndinin 100-ə yaxın sakininə ilkin çıxarışlar təqdim olunub və ilkin hüquq müəyyən edici sənədlər qəbul edilib. Sakinlər ev sənədini birbaşa öz ünvanlarında alıblar.

Çıxarış və plan-ölçülər vətəndaşlara məxsus fərdi həyət evləri, vaxtilə onlara ayrılmış pay torpaqları və ya bələdiyyə, icra hakimiyyəti tərəfindən verilmiş torpaqlar üzərində mülkiyyət hüququnun qeydiyyatı barədə olub. Sakinlərin bu sənədlər üçün vaxt və nəqliyyat xərci sərf edərək ərazi qeydiyyat idarəsinə gəlməsinə ehtiyac olmayıb.

Kampaniya əvvəlki illərdən bu il daha intensiv şəkildə keçirilməsi ilə fərqlənir. Belə ki, vətəndaşların maraq və ehtiyacını nəzərə alaraq bu addım atılıb. Artıq bir ayda bir neçə dəfə, həm Bakı, həm də regionlarda belə kampaniyalar təşkil olunaraq çıxarışlar paylanır.

Kampaniya çərçivəsində hüquqi yardım aksiyası da keçirilir. Komitənin hüquqşünasları və qeydiyyat ekspertləri tərəfindən vətəndaşlara hüquqi məsləhətlər verilir, qeydiyyat prosedurları izah olunur.

Kampaniya sosial mahiyyətli olduğu üçün ödənişli qaydalarla həyata keçirilmir. Kampaniyada iştirak edən vətəndaşlar yalnız qanunvericiliklə müəyyən edilmiş dövlət rüsumu və xidmət haqlarını elektron qaydada və ya bank vasitəsilə ödəməklə xidmətlərdən yararlanır.

“Kütləvi çıxarış” kampaniyası indiyədək respublikanın 30-a yaxın şəhər və rayonunda təşkil edilib. Bu kampaniyalarda ümumilikdə indiyədək 7000 mindən çox vətəndaş iştirak edib.

Kampaniyadan əlavə, komitə 2014-cü ilin aprel ayından başlayaraq şəhər və rayonlarda mobil ofislər vasitəsilə qeydiyyat xidmətləri də göstərir. İndiyədək respublika üzrə mobil ofis xidmətləri vasitəsilə isə vətəndaşlardan 96 mindən çox müraciət qəbul edilib. Mobil ofis xidməti zamanı vətəndaşlara daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müxtəlif xidmətlər təqdim olunur. Bura əmlakla bağlı texniki ölçmə işlərinin aparılması, texniki pasportların tərtibi və digər texniki sənədlərin hazırlanması, çöl-ölçmə və geodeziya işlərinin həyata keçirilməsi, əmlakla bağlı arayışların və digər sənədlərin hazırlanması və çatdırılması kimi xidmətlər daxildir.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

İran gediş-gəlişi asanlaşdırmaq istəyir

Loading...
%d bloqqer bunu bəyənir: