Loading...
Loading...
bina

“Zaman” MTK körpələrə işgəncə verir – Şok faktlar

“Zaman” MTK tikinti şirkəti sakinlərinə zülm etməklə ad çıxarıb

Bu barədə daxil olan şikayətdə bildirilir. Paytaxtın Mirmahmud Kazimovski ünvanında yerləşən binada əhali qışın sazağında əziyyət çəkir.

Binada yaşayan sakinlərdən biri – Fidan Əliyevanın sözlərinə görə, hər gün binada işıqlar sönür, su kəsilir, liftlər işləmir. F.Əliyeva qeyd edib ki, binada qaz yoxdur deyə insanlar işgəncəyə yaşayır:

“Amma kommunal pulu tələb edirlər və yığırlar. Bu vəsait isə mənimsənilir. Körpə uşaqlarla işıqsız, qazsız və susuz evdə yaşamaq xoşdursa, “Zaman” MTK rəhbərliyi özü gəlib yaşayıb həzz alsın. Bina təhvil veriləndə qısa vaxtda bütün kommunal problemlərin həll olunacağı vəd edilmişdi”.

Sakinlər bildirirlər ki, qanunsuz olaraq kommunal pulu yığan MTK rəhbərliyi binanı bu şəkildə təhvil vermək hüququ yoxdur. Payçılar deyirlər ki, bütün kommunikasiya ilə təchiz ediləndən sonra bina sakinlərin istifadəsinə verilməlidir.

“Zaman” MTK rəhbərliyi isə pul qazanmaq naminə tələm-tələsik binanı inşa edərək istifadəyə buraxıb. Faktiki isə burada yaşamaq üçün heç bir şərait yoxdur.

Şikayətdə bildirilir ki, firma sahibləri nə xəstə adamı, nə körpələri fikirləşirlər: “Hər gün bu çətinliyi yaşayırıq. Dünyanın heç yerində belə problem yoxdur.

Qaz, işıq, su olmayan yerdə yaşamaqdansa, açıq havada mağar qurmaq yaxşıdır. İşıqların tez-tez sönməsi soyuducuları, televizorları, paltaryuyanı maşınları, bütün məişət texnikasını məhv edib. Su da olmayanda səhrada yaşama bundan daha yaxşıdır”.

Bakıda tikinti şirkətləri tərəfindən aldadılanların sayı artmaqda davam edir. İlkin hesablamalara görə, belə adamların sayı 5 mini ötüb. Fırıldaqçı tikinti şirkətlərinin sayının 50-dək olduğu söylənilir. Qeyd edək ki, artıq bu şirkətlərin əksəriyyəti fəaliyyətini dayandırıb.

Bakıda mənzil məsələsi ən əsas problem olaraq qalır. İnsanlar mənzil əldə etmək üçün bütün əmlakını sataraq həmin şirkətlərə verib.

Elə ailələr var ki, mənzil almaq ümidi ilə neçə illərdi kirayədə yaşayır. Aldanmış sakinlər arasında xeyli insan ilkin ödəniş etmək məqsədilə borca girib, banklardan kredit götürüb.(politika.az)

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Ramiz Mehdiyevə yeni vəzifə verildi

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading...
%d bloqqer bunu bəyənir: