Now Reading:
“Zaman maşını”nın testi başlayır – NASA-dan inanılmaz layihə
Full Article 1 minutes read

“Zaman maşını”nın testi başlayır – NASA-dan inanılmaz layihə



Yer kürəsində baş verən hadisələr saniyədə 300 min km sürətlə kainata yayılır və sonsuzluğun yaddaşına yazılır. Bu sürəti bir neçə min dəfə qabaqlamaqla keçmişi görmək mümkündür.

Axar.az xəbər verir ki, NASA elm aləmində “zaman maşını” adlandırılan və insanı 13,6 milyard il əvvələ apara biləcək Ceyms Veb Kosmik Teleskopunun test çalışmalarına başlayıb. 8.8 milyard dollara başa gələcək bu teleskop üstün texnoloji xüsusiyyətləri sayəsində 13,8 milyard il əvvəl kainatın yaranmasına səbəb olan Böyük Partlayışdan 200 milyon il sonranı izləyə biləcək.

Habblın izləyə bilmədiyi bölgələri də incələyəcəyi planlaşdırılan Ceyms Veb Teleskopu 2018-ci ildən etibarən Habblın yerini tutacaq. Habbl ilə müqayisədə kosmosu incəlikləri ilə izləyəcək olan Ceyms Vebin Yerdən kənarda həyatın mövcud olub-olmaması ilə bağlı önəmli kəşflər edə biləcəyi bildirilib. 6,5 metr hündürlüyü olan Ceyms Veb Yerdən təxminən 1,6 milyon uzaqlıdakı orbitə yerləşdiriləcək. Bu məsafə Yerlə Ay arasındakı məsafədən təqribən 4 dəfə çoxdur.

Qeyd edək ki, Habbl NASA və Avropa Kosmik Agentliyinin birgə layihəsidir. Yerin orbitinə 1990-cı ildə “Diskaveri” şattlı ilə buraxılıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: