Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Zakir Həsənov xaricdəki hərbi attaşeləri Bakıya TOPLADI

Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda akkreditə olunmuş hərbi attaşe və hərbi nümayəndələri ilə görüşüb.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

 

Müdafiə naziri görüş iştirakçıları qarşısında geniş məruzə ilə çıxış edib.

 

Nazir prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevn yüksək diqqət və qayğısı nəticəsində orduda bütün istiqamətlər üzrə aparılan islahatların əhəmiyyətindən danışıb.

 

Cəbhə xəttindəki son vəziyyətdən danışan müdafiə naziri Silahlı Qüvvələrin təşkilat-ştat stukturunun təkmilləşdirilməsinin, ordunun müasir silah-sursat, zirehli texnika və döyüş vasitələri ilə təchiz edilməsinin, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması məqsədilə yeni poliqonların istifadəyə verilməsinin və müxtəlif qoşun növlərinin cəlb olunması ilə təlimlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

 

Müdafiə naziri hərbi qulluqçuların sosial-məişət şəraitlərinin yaxşılaşdırılması üçün yeni hərbi şəhərciklərin, xidməti və daimi mənzillərin istifadəyə verildiyini vurğulayaraq bu sahədə görüləcək işlər və digər tədbirləri hərbi attaşelərin diqqətinə çatdırıb.

 

Həyata keçirilən xidməti fəaliyyətlərə, o cümlədən xarici hərbi prioritetlərimizə dair geniş məruzənin sonunda general-polkovnik Z.Həsənov şəxsi heyət qarşısında duran məqsəd və tapşırıqları müəyyən edib, qarşıya konkret vəzifələr qoyub və tövsiyələrini verib.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Fətullah Gülən barədə hökm ÇIXARILDI

%d bloqqer bunu bəyənir: