Advertisements
24 saat

Zakir Həsənov Türkiyənin müdafiə naziri və Baş Qərargah rəisi ilə cəbhədəki vəziyyəti müzakirə edib


zakir-ismetTürkiyə və Azərbaycanın müdafiə nazirləri cəbhədə yaranmış vəziyyəti müzakirə ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz, həmçinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akarla Azərbaycanın işğal olunmuş ərazilərində baş vermiş hadisələri və burada yaranmış vəziyyəti telefonla müzakirə edib.

Danışıqlar zamanı Türkiyə tərəfi Azərbaycanın tam haqlı mövqedə olduğunu bir daha vurğulayıb, Azərbaycana dəstək olduğunu qətiyyətlə ifadə edib.

//APA

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: