Loading...
Loading...

Zakir Fərəcov xox gəldi, bank onu yerində otuzdurdu

Bir müddət bundan öncə bəzi media orqanlarında Sumqayıtda 3-cü mikrorayon ərazisində, “Aviakassa”nın önündə yerləşən “Ən Ucuz” marketin söküləcəyi ilə bağlı informasiyalar yer almışdı. Marketdəki malların boşaldılması, söküntü üçün gərəkli hazırlıq işlərinin aparılması adıçəkilən marketin söküləcəyi ilə bağlı şübhə yeri qoymamışdı. Lakin bəlli bir müddətdən sonra marketdən çıxarılan bütün mallar geri qaytarıldı və “Ən Ucuz” market öz fəaliyyətini bərpa etdi. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun “Ən Ucuz” marketin söküntüsündən niyə imtina etdiyi isə sirr olaraq qaldı. Bugünlərdə məlum olayla bağlı 24saat.org-u məlumatlandıran özəl mənbə “Ən Ucuz” marketin “xilası” ilə bağlı ilginc fikirlər səsləndrib. Mənbənin sözlərinə görə, əslində market sahibini Z.Fərəcovun söküntü bumundan xilas edən bank olub.

Belə ki, iş adamı bir müddət öncə sahibi olduğu marketi ölkə banklarından birinə girov qoyaraq, bankdan biznes fəaliyyətini genişləndirmək məqsədi ilə külli miqdarda nağd vəsait götürüb. Z.Fərəcov marketin söküntüsünə hazırlaşan zaman marketin bankın girovluğunda olduğu üzə çıxıb. Mənbənin sözlərinə görə, həmin ərəfədə Z.Fərəcovun qəbuluna girən market sahibi marketin söküntüsünə hazır olduğunu, bununla bağlı hər hansı narazılığının olmadığını bildirib. İş adamı məlumat məqsədi ilə vurğulayıb ki, market hazırda girov olaraq bankın mülkiyyətindədir və mövcud situasiyada öz mülkiyyətini qorumaq bankın üzərinə düşür. Yəni söküntü ilə bağlı yaranacaq problemi icra hakimiyyəti market sahibi ilə deyil, bankla həll etməli olacaq. Bilgili qaynağın sözlərinə görə, məhz bundan sonra bankla üz-üzə gəlməkdən ehtiyat edən Z.Fərəcov marketin söküntüsündən imtina edib.

Seyfi

24saat.org

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

“Bu şərtlərlə uşaq bağçalarında belə antikorrupsiya mövzusunun tədrisi fayda verməyəcək”

%d bloqqer bunu bəyənir: