Loading...
Loading...

Zakir Fərəcov Sumqayıt-Binəqədi “sərhəddini” möhkəməndirir – FOTO

 

İcra başçısı bu kəs “Göyərçin” simvolundan istifadə edir

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt-Binəqədi “sərhəddini” möhkəmləndirməyə qərar verib. Bu barədə 24saat.org-u özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, Z.Fərəcovun göstərişi ilə “Sumqayıt” lövhəsi ilə bağlı məlum qalmaqalın baş verdiyi ərazidən Sumqayıta doğru magistral yol boyu bütün hasarların üzərinə “Göyərçin” simvolları yerləşdirilib. Kvadrat aqlaylar üzərində yerləşdirilən və Sumqayıtın rəmzi kimi qəbul edilən “Göyərçin” simvolları Novxanı çimərliyindən Corat qəsəbəsinə qədər bütün hasarların üzərində həkk edilib.

Mənbənin sözlərinə görə, ehtimal ki. Z.Fərəcovun yeni “sərhəd gücləndirmə əməliyyatı” növbəti “sumqayıtlaşdırma dalğası” olmaqla yanaşı, həm də Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərova psixoloji təzyiq və göz dağı kimi düşünülüb. Məqsəd bir neçə ay öncə “Sumqayıt” lövhəsi ilə bağlı yaşanan qalmaqal sonucunda X.İsgəndərov üzərində qazanılan qələbəni möhkəmləndirmək, qarşı tərəfə öz nüfuz və amirliyini diktə etməkdir.

24SAAT.ORG

SUMQAYIT

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

“Ankaradan Bakını qurban vermək tələb edilə bilər” – FƏTÖ gizlinləri

Loading...
%d bloqqer bunu bəyənir: