Loading...
Loading...
zakir-ferecov444

Zakir Fərəcov ömrünün qürub çağını Sumqayıt bulvarında keçirəcək

 

Bu barədə icra başçısının özü məlumat verib

24saat.org-a daxil olan məlumata görə, bu gün Sumqayıtda Zakir Fərəcovun da iştirak etdiyi musiqili tədbir keçirilib. Tədbirdən sonra şəhər ziyalıları, musiqiçilər, ictimai fəallarla görüşən icra başçısı, son aylar ərzində Sumqayıtda görülən abadlıq işlərinə diqqət çəkib, bütün bunların şəhər ictimaiyyətinin köməyi ilə görüldüyünü vurğulayıb və insanlara buna görə öz minnətdarlığını bildirib.

Daha sonra yenicə istifadəyə verilən Sumqayıt bulvarının şəhər üçün əhəmiyyətinə toxunan Z.Fərəcov bu məkanın əhalinin həm gənc, həm də yaşlı təbəqəsinin sevimli istirahət yerinə çevriləcəyindən əmin olduğunu bildirib. İcra başçısı qeyd edib ki, pensiyaya çıxandan sonra o da məhz Sumqayıt bulvarında istirahət etmək niyyətindədir.

Sumqayıtdakı bütün abadlıq-quruculuq işlərinin ölkə başçısının dəstəyi və şəhər ictimaiyyətinin fəallığı sayəsində ərsəyə gəldiyini bildirən Z.Fərəcov, quruculuq prosesin qarşıdakı illərdə də davam etdiriləcəyini vurğulayıb.

24saat.org

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Referendum bitməmiş nəticələri dərsliyə necə düşüb? – FOTOFAKT

%d bloqqer bunu bəyənir: