Now Reading:
Zakir Fərəcov balıq biznesini nəzarətə götürür
Full Article 50 second read

Zakir Fərəcov balıq biznesini nəzarətə götürür



Artıq bəzi balıqçılara bu barədə müvafiq xəbərdarlıq edilib

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov balıq biznesini nəzarətə götürür. Bu barədə 24saat.org-u özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərin görə, bundan sonra Sumqayıt çimərliyindən Novxanı çimərliyinə qədər olan ərazidə balıq ovu ilə məşğul olan şəxslərə nəzarət icra hakimiyyəti tərəfindən həyata keçiriləcək. Belə ki, icra hakimiyyətinin razılığı olmadan hər hansı balıqçı qayığının suya girməsinə icazə verilməyəcək.
Bilgili qaynağın sözlərinə görə, artıq bu barədə bəzi balıqçılar məlumatlandırılıb. Məlum informasiyanın balıqçılar arasında ciddi narahatlığa səbəb olduğuna diqqət çəkən mənbənin məlumatına görə, balıqçıların bunu sözügedən biznesin mərkəzləşməsi, təmərküzləşməsi kimi qiymətləndirir, bu yeniliyin onlar üçün əlavə problemlər yaradacağını ehtimal edirlər.
Mənbə hesab edir ki, bu yeniliyin tətbiqi balıqçılıqla məşğul olan bir çox şəxsin ənənəvi fəaliyyətindən imtina etməsinə, balıq bazarında isə qiymətlərin nəzərəçarpacaq dərəcədə yüksəlməsinə səbəb olacaq.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: