Now Reading:
Zahid Oruc cəzalandırıldı
Full Article 30 second read

Zahid Oruc cəzalandırıldı



Bu gün Milli Məclisin İntizam komissiyasının iclası keçirilib.

İclasda deputat Zahid Orucla spiker Oqtay Əsədov arasında baş vermiş mübahisəyə baxılıb.

Nəticədə 5 nəfər lehinə, 1 nəfər əleyhinə olmaqla Zahid Oruca töhmət verilib.

Qeyd edək ki, Milli Məclisin ötən həftə keçirilən növbədənkənar iclasında deputat Zahid Orucla spiker Oqtay Əsədov arasında mübahisə baş vermişdi. Parlamentin sədri növbədənkənar iclasın son toplantısında baş verənlərə görə İntizam komissiyasının sədri Ağacan Abiyevə Z.Orucun davranışları ilə bağlı araşdırma aparmağı və deputatın hərəkətlərinə qiymət verməyi tapşırmışdı.(bizimyol.info)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: