Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Zabitlər benzin oğurladı, əsgəri başından güllələdi, nazirin isə xəbəri yoxdur – ERMƏNİ ORDUSUNDA

Ermənistan ordusu aprelin əvvəllərində Qarabağda  gedən döyüşlər zamanı sınıq-salxaq avtomobil texnikasını işə salmağa çalışanda və maşınların yanacaq çənlərində benzin tapmayanda bunun səbəbləri daha sonra ortaya çıxdı: avtomobil texnikasının ehtiyat hissələrinin və onlara ayrılan yanacağın zabitlər tərəfindən oğurlanıb satılması.

Azərbaycan Müdafiə Nazirliyi aprel döyüşlərində düşmənin döyüş meydanında qoyub qaçdığı avtomobil texnikasının fotolarını yayanda məlum oldu ki, erməni silahlı qüvvələri az qala 30-40 il əvvəl istehsal edilmiş köhnə avtomobil texnikasını istismar edir.

Virtualaz.org xatırladır ki, bir neçə gün əvvəl Ermənistan Müdafiə Nazirliyinin avtomobil xidmətinin şöbə rəisi, polkovnik David Abramyan həbs olunub. Bu həbsin səbəbi haqda geniş açıqlama verilməsə də belə görünür ki, təchizat baxımından onsuz da bərbad durumda olan düşmən ordusunda avtomobil texnikasının aprel döyüşləri zamanı ortaya çıxan biabırçı vəziyyəti bu həbsdə əsas rol oynayıb.

Doğrudur, düşmən ölkədə bu haqda geniş danışmaqdan çəkinirlər, Azərbaycanın “dəyirmanına su tökmək” istəmirlər. Ancaq hər halda ortaya maraqlı faktlar çıxır. Məsələn, aprelin 25-də xəbər yayıldı ki, Ermənistan ordusunun Azərbaycanla sərhəd İcevan rayonunda yerləşən hərbi hissələrindən birində 18 yaşlı çağırışçı əsgər Ovanes Petrosyan QAZ-66 markalı avtomobilin kuzovunda başından  güllələnmiş vəziyyətdə tapılıb.Əsgərin başında iki güllə yarası olub və istintaq “intihar” versiyası ilə araşdırma başladıb.

Ancaq Ovanesin atası Vaçik deyir ki, oğlu intihar etməyib, zabitlər tərəfindən güllələnib. Onun bildirdiyinə görə, ölümündən bir neçə gün əvvəl oğlu zabitlərlə aralarında yaranan münaqişə haqda danışmışdı. Əsgər atasına deyib ki, zabitlər hərbi hissənin yanacaq-sürtkü materiallarını oğurlayıb satır.Hərbi hissənin benzin çənlərinə cavabdeh olan əsgər zabitlərin oğurluğuna imkan verməmək üçün açarları üstündə gəzdirirmiş və bu səbəbdən zabitlər onu hədələyirmiş.

“Mən əminəm ki, bu intihar deyil, qətldir. Bu, zabitlərin özbaşınalıqlarına tabe olmaq istəməyən bir çox əsgərin başına gələn hadisədir. Mən hesab edirəm ki, həmin uşaqların valideyinləri mənim nə demək istədiyimi başa düşər”-Ovanesin atası “Azadlıq” radiosunun erməni xidmətinə deyib.

Müdafiə naziri Seyran Ohanyan isə bu məsələni şərh edərkən deyib ki, ona orduda benzin oğurluğu haqda heç nə məlum deyil. “Mən bu haqda eşitməmişəm. Övladını bu və ya digər şəraitdə orduda itirən valideyinlər haqda pis nəsə demək istəmirəm. İndiki halda hüquq-mühafizə orqanlarına inanmaq lazımdır”-nazir deyib.

Qeyd edək ki, benzin oğurluğu və digər korrupsiya əməlləri Azərbaycan ordusunda da əvvəllər geniş rast gəlinən hallar idi. Lakin Zakir Həsənovun müdafiə naziri təyin olunmasından sonra bu halların kökü demək olar ki, kəsilib…

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Cəbhədə atəş səsləri azalır

%d bloqqer bunu bəyənir: