Zabitlərin ödənilməyən məzuniyyət pulu ilə bağlı problem sosial şəbəkələrə daşınmaqdadır – #RÜŞVƏT İDDİASI


Müdafiə Nazirliyi isə məsələyə aydınlıq gətirməyə tələsmir

24saat.org saytı xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrində xidmət edən zabitlərə çatası məzuniyyət pulunun son iki ildir ki, ödənilməməsi ilə bağlı iddialar sosial şəbəkələrə daşınmaqdadır.

Belə ki, bu günlərdə Ziya Bağırov adlı facebook istifadəçisi Nazirlər Kabinetinin 2015-ci ilin yanvarında verdiyi sərəncamın bu günə qədər də yerinə yetirilmədiyini iddia edib. Medianı məlum problemi görməzdən gəlməkdə qınayan vətəndaş, ehtiyatda olan zabitlər qrupundan da problemin həllinə dəstək verməyi xahiş edib:

“Ehtiyyatda olan zabitlər qrupu. Sizlərdən cox xahiş edirəm ödənilməmiş məzuniyyət pullarına görə yaranmış problemi ictimailəşdirməyimizə Siz də dəstək olun… Haqqımız olanı niyə gədə-güdə yeməlidir axı???

Mənə catan məlumata görə bəzi zabitlərdən bu pulları ödəmək ücün rüşvət tələb edirlər. Bir necə nəfər məcbur olub bu iyrənc variantla pulunun bir qismini ala bilib. Məcburiyyət, ehtiyac üzündən. Axı niyə belə olmalıdır??? Bir zamanlar bar-bar bağırırdılar ki, ordumuzun büdcəsi Ermənistanın büdcəsindən coxdur. İndi nə oldu??? Büdcə dağıldı??? Məncə büdcə var, sadəcə qərərgah sicovullarında vicdan yoxdur. 1 ay deyil, 1 il deyil ,3 il deyil, gör nə qədər vaxtdır ki, ələ salıblar bizləri. Kömək edin, dəstək olun”.

Məlumat üçün qeyd edək ki, məlum məsələ ilə bağlı Müdafiə Nazirliyinin rəsmi mövqeyini öyrənməyə cəhd etsək də, nazirlik 24saat.org olaraq yolladığımız (MN sorğunu 2016-11-28 12:53:11-də qəbul edib) sorğuya cavab vermədi. Məhz bu səbəbdən də məlum problemlə bağlı yaranmış narahatlığı Müdafiə Nazirliyinin mövqeyi olmadan işıqlandırmaq məcburiyyəti qarşısında qaldıq.

Müdafiə Nazirliyi sorğumuza cavab verdi – bütün müvafiq tədbirlər həyata keçirilir!

24saat.org

Paylaş:

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

Milli Şura sədri Tarif Şurasının qiymət artımından yazdı – SOYĞUNÇULUQ AKTIDIR!

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: