Zabit Ruslan Qasımov: “Minaları təmizləyib texnikanı düşmən mövqelərinin arxasına keçirdik…”


“Düşmənin minaladığı sahələri vaxtında və itkisiz təmizləyib, öz hərbi texnikamızı düşmənin mövqelərinin arxasına keçirməyə nail olduq”.

Bunu APA-ya Lələtəpə yüksəkliyinin tutulmasında iştirak edən döyüşçülərdən biri, prezident İlham Əliyev tərəfindən hərbi xidmətdə fərqlənməyə görə, 3-cü dərəcəli medalla təltif olunan “N” saylı hərbi hissənin zabiti Ruslan Qasımov deyib.

Təltif olunan hərbçilər adından Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq edən zabit deyib ki, Ali Baş Komandanın tapşırıqlarını hər an yüksək səviyyədə yerinə yetirməyə hazırdırlar.

24saat.org

Paylaş:

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

Erməni ekspert deyir ki, Azərbaycan 9 mayda müharibəyə başlamayacaq

%d bloqqer bunu bəyənir: