Z.Həsənov Moskvaya gedir

Sabah – iyunun 15-də Rusiya paytaxtı Moskvada MDB ölkələri Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilməlidir.

APA-nın xəbərinə görə, iclasda MDB-yə üzv dövlətlərin 2020-ci ilədək hərbi əməkdaşlıq konsepsiyası, hava-kosmik müdafiəsi layihəsinin işlənilməsi və «Beynəlxalq Hərbi Oyunlar-2016»nın keçirilməsi məsələlərinin müzakirəsi gözlənilir.

İclasda Azərbaycanı müdafiə naziri Zakir Həsənovun təmsil edəcəyi bildirilir.

Sabah Moskvada Rusiya və Azərbaycan müdafiə nazirləri arasında ikitərəfli görüşün də planlaşdırıldığı qeyd edilir.

Loading...

“ABŞ-ın yaradacağı yeni anti-İran alyansında Türkiyə də yer alacaq”

Sonrakı Yazı »

Əli Kərimli İlqar Məmmədovu təbrik etdi

%d bloqqer bunu bəyənir: