Loading...
Loading...

Zərdüşt Əlizadə: “Bakı hücum əmri verməlidir”

“Vasitəçilər göstərirlər ki, çalışırlar və problemi həll etmək istəyirlər”.

Politoloq Zərdüşt Əlizadə bunu Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada gözlənilən görüşünü “Azadlıq” radiosuna şərh edərkən deyib.

Z. Əlizadə xatırladıb ki, hələ XX əsrin 90-cı illərində də münaqişəni tənzimləmə cəhdləri olub. Amma məlum olanda kı, tərəflər şərtləri qəbul etmir, o zamandan proses dayandırılıb.

Z. Əlizadə qeyd edib ki problemin həll edilməməsi Ermənistanla bağlıdır. “Daha doğrusu, Ermənistandan daha çox, onun ağası Rusiyaya bağlı məsələdir. Ermənistan bu məsələdə hər hansı şəkildə qərar qəbul etmək gücündə deyil. Çünki qərarı Rusiya qəbul edir. Rusiyanın mövqeyi isə uzaqdan belə aydın görünür: Rusiya münaqişənin dondurulmuş şəkildə qalmasını istəyir ”.

Z . Əlizadə qeyd edir ki, Azərbaycan tərəfi danışıqların hər hansı nəticəyə verməyəcəyini yaxış bilir: “Bu məsələ ilə bağlı kifayət qədər danışılıb. Bundan sonra davam etməsi mənasızdır. Bu durumda yeganə yol güc amilinə qalır, onun üçün də orduya hücum əmri verilməlidir. Həmin əmr verilmir…”.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Rebekka Vinsent: “Xədicənin həbsi rejimin imicinə ciddi ziyan vurur”

Loading...
%d bloqqer bunu bəyənir: