Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Zərdabda ilin məktəbindən rüsvayçı – Video

Bura 1989-cu ildə istifadəyə verilmiş Zərdab şəhərindəki H.Zərdabi adına 1 saylı məktəb-liseydir. 24saat.org-a ünvanlanan müraciətdə deyilir ki, 1989-cu ildən bu yana məktəb nə cari, nə də əsaslı təmir olunub. Əvvəllər müəllimlərin hesabına kosmetik təmir aparılardı.

Lisey statusu 2009-cu ildə məktəb ilin ən yaxşı məktəbi adına layiq görüldüyü üçün verilib. Həmin vaxt məktəbin vəziyyəti videoda gördüyünüz kimi idi. Videoda görünənlər məktəbin 3-cü mərtəbəsinin dəhlizidir.

2009-cu ildən bəri məktəbin ildə iki dəfə təmir olunacağ haqda vədlər verilsə də, təmir baş tutmayıb və müəllimlərin hesabına aparılan kosmetik təmir də təbii ki, aparılmayıb.

İndi məktəbin rəhbərliyi bir il müddətinə yeni direktora həvalə edilib. Əvvəlki direktorun adı Tofiq Ağayev, indiki direktorun adı isə Kərimova Vüsalədir.

Yeni direktor hökumətin 6 ildə edə bilmədiyi təmir işlərini müəllimlərə elətdirmək fikrinə düşüb. O, müəllimlərə elan edib ki, məktəb hökumət tərəfindən təmir edilməyəcək, ona görə də müəllimlər öz hesablarına məktəbi təmir etməlidirlər.


24saat.org

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

“Ölümündən bir neçə saat öncə zəng edib, dedi ki,…” – Şəhidin atası (FOTOLAR)

%d bloqqer bunu bəyənir: