Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Zəhərli ilan şərabı belə hazırlanır – Fotolar / Video

Çinlilərin əsrlərdir hazırladıqları ilan şərabı bir çox insan tərəfindən marağa səbəb olub.

İlan şərabı Çində çox sevilərək içilən bir içki növüdür.
Moderator.az zəhərli ilan şərabının hazırlanma qaydasını göstərən videonu təqdim edir.
Videoda içində düyü şərabı, yəni spirt olan həsirlənmiş böyük şüşənin qapağının bağlanmasından sonra havasız qalaraq boğulmağa başlayan ilanın ağzından qabarcıqlar çıxdığı görünür.
İki dəqiqəlik görüntüdə ilan yaşamaq üçün son bir həmlə edərək yuxarı doğru çıxmağa çalışır, ancaq qaçılmaz sonundan xilas ola bilmir.
Çində tam 2 min 700 illik tarixi olan ənənəvi ilan şərabının hazırlanması zamanı zəhərli ilan spirtin içində bir neçə ay saxlanıldıqdan sonra zəhərinin tərkibi dəyişir. Spirtin tərkibindəki etanol vasitəsilə zəhər dəyişərək zəhərsiz bir maddəyə çevrilir.
Bu şərabın istehsalında əsasən kobra ilanına üstünlük verilir.
İstəyə görə şərabın içinə əqrəb də qoyur. Əqrəb şərabın bir az daha ləzzətli olmasını təmin edir.
Tam hazır olan içki şərab fincanlarında kiçik qurtumla içilir.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Dünyada ən ən qorxunc ağız bu canlıdadır – Fotolar

%d bloqqer bunu bəyənir: