Zəngin ərəblərin Azərbaycanda ov keyfi – VİDEO

Zəngin ərəb şahzadə və şeyxlərinin Azərbaycandakı ov macəralarının yeni görüntüləri yayılıb.
Baku.ws-in məlumatına görə, Azərbaycanın rayonlarında ov edən şeyxlər nadir canlıları ovlamağa davam edir.
Yüzlərlə canlı ovlayan ərəblər bu əyləncələrinə sosial şəbəkələrdə paylaşaraq insanlara nümayiş etdirirlər. Videolardan görünür ki, ərəblər Azərbaycan hazırlıqlı gəliblər və bütün silah-sursatlarla təmin olunublar. Xüsusilə Qətər və Dubaydan ölkəmizə  axın edən ərəblərin ova və Azərbaycana marağı həddən artıqdır.
Qeyd edək ki, ərəblərin ölkəmizdə turlarını yerli şirkətlər təşkil edir. Otel, silah-sursat və avtomobillərlə ərəbləri təchiz edirlər və bununla da yaxşı qazanc əldə edirlər. Artıq bu xidmət Azərbaycanda yeni biznes fəaliyyəti kimi formalaşmağa başlayıb.

 

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

Müharibədə rekord sayda gəmi batıran, Hitlerin sevimli zabiti olmuş gədəbəyli – FOTO

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: