Now Reading:
Zəngəzur da Azərbaycana qaytarılsın – Millət vəkili
Full Article 50 second read

Zəngəzur da Azərbaycana qaytarılsın – Millət vəkili



Qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınması ilə bağlı qanun layihəsi Ermənistanın və onu himayə edən Minsk Qrupunun növbəti təxribatıdır.

Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.

B.Əliyev qeyd edib ki, əgər Minsk Qrupu Ermənistanın bu cür təxribatına reaksiya vermirsə, deməli, onlar əvvəldən də bunu bilirdilər.

O bildirib ki, bu qanun layihəsi Ermənistanın işğalçı olduğunu sübut edən faktdır və ona qarşı təcili sanksiyalar tətbiq edilməlidir.

Millət vəkili hesab edir ki, Azərbaycan özü ilk mərhələdə əzəli torpaqlarımız olan Zəngəzurun Azərbaycana birləşdirilməsi ilə bağlı qanun layihəsi hazırlamalıdır: “Azərbaycanın tarixi torpağı olan Zəngəzur qeyri-qanuni olaraq o vaxt Ermənistana verilib. O torpaqların geri qaytarılması haqqında Azərbaycan Milli Məclisi qanun qəbul etməlidir və öz hüquqlarını tələb etməlidir. Çünki bunun hüquqi əsasları var. O torpaqlar Azərbaycanın olub, sonradan qeyri-qanuni yolla Ermənistana verilib. Dağlıq Qarabağın isə Ermənistana heç bir aidiyyəti olmayıb. Çünki Ermənistan özü Azərbaycan torpaqlarında yaradılıb”.

B.Əliyev bu təkliflə Milli Məclisdə çıxış etmək niyyətindədir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: