Loading...
Loading...

“Yuventus” vaxtından əvvəl çempion oldu

“Yuventus” futbol klubu İtaliya çempionatının başa çatmasına 3 tur qalmış ölkə çempionluğunu artıq təmin edib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu, “Roma”nın aprelin 25-də “Napoli”yə öz meydanında 1:0 hesabı ilə qalib gəlməsindən sonra məlum olub.

“Qoca sinyora” isə 35-ci turda səfərdə “Fiorentina”nı 2:1 hesabı ilə məğlub edərək xallarının sayını 85-ə çatdırıb. “Napoli” 73 xalla ikinci, ondan bir xal geri qalan “Roma” isə üçüncü sərada qərarlaşıb.

Bu, “Yuventus” klubunun tarixində 32-ci milli çempionatluqdur. Turin klubu həm də 5 ildir dalbadal ölkə çempionu olur.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Hakimi döyən azarkeş cəzasız qaldı

%d bloqqer bunu bəyənir: