Yuşşenko: Ukraynalıların 70 faizi Putini prezident görmək istəyirdi

Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko 2008-ci ildə ukraynalıların çoxunun dövlət başçısı postunda Vladimir Putini görmək istədiklərini söyləyib.

O, bu barədə “Apostrof” nəşrinə verdiyi müsahibəsində bildirib.

“Biz 2008-ci ildə, mən hələ prezident olanda sorğu aparmışdıq. O zaman ukraynalıların 70%-i dövlət başçısı postunda Vladimir Putini görmək istəyirdilər. Ukraynalıların yarıdan çoxu ölkə prezidenti vəzifəsində Vladimir Putini görmək istərdilərmi sualına müsbət cavab vemişdi”, – deyə Viktor Yuşşenko bildirib.

O, əlavə edib ki, rəsmi Kiyev zəif milli identizimə və milli birliyin olmamasına görə Krım və Donbassa nəzarəti itirdi.

Loading...

Politoloqdan ŞOK – “Həmin erməni Azərbaycandadır”

Sonrakı Yazı »

Avarçəkənlə yatması ona baha başa-gəldi – Rioda seks qalmaqalı

%d bloqqer bunu bəyənir: