Now Reading:
Yüngül xəsarətə görə cəza ağırlaşdırılıb
Full Article 30 second read

Yüngül xəsarətə görə cəza ağırlaşdırılıb



Azərbaycanda qəsdən sağlamlığa yüngül zərər vurma ilə bağlı cəzalar ağırlaşdırılıb.

APA-nın xəbərinə görə, bu gün Milli Məclisin iclasında bununla bağlı Cinayət Məcəlləsinə dəyişikliklər edilib.

Dəyişikliyə əsasən, sağlamlığın qısa müddətə pozulmasına və ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olduqda, 500 manatdan 1000 manata qədər cərimə ilə üzləşə bilərsən. Ancaq bu halda 1 ilədək islah işlərinə, yaxud 1 ilədək həbs cəzasına da məruz qala bilərsən. Hazırda isə bu cəza 300 manata qədər cərimə və ya 1 ilədək azadlıqdan məhrum etmədir.

Digər dəyişikliyə görə isə, ilk dəfə qəsdən sağlamlığa yüngül zərər vuran şəxs zərərçəkmişlə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: