24 saat

Yunanıstanda Türkiyədən qaçan üsyançıları mühakimə edirlər


Yunanıstanın Dedeagac şəhərində Türkiyədəki hərbi çevrilişdən sonra vertolyotla qaçmış səkkiz türk əsgərinin mühakiməsi başlayıb.

 

24saat.org “Anadolu”ya istinadən bildirir ki, onlar Yunanıstanın dövlət sərhədini qanunsuz keçməkdə ittiham olunurlar.

Bildirilir ki, onları məhkəməyə güclü təhlükəsizlik tədbirləri altında və üzləri bağlı halda gətiriblər.

Məhkəmə zalında Türkiyə Baş Konsulluğunun nümayəndələri, türk vəkilləri və jurnalistlər də var.

Xatırladaq ki, bir müddət əvvəl Türkiyənin təhlükəsizlik qüvvələrinin, qiyamçıların qaçdığı hərbi vertolyotu Yunanıstandan götürdükləri, qaçaq qiyamçıların isə sığınacaq üçün müraciət etdikləri barədə məlumat verilmişdi.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: