Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Yunanıstan qiyamçılara sığınacaq verəcək?

Türkiyədə dövlət çevrilişinə cəhddən sonra Yunanıstana qaçan 8 hərbçi Afinada həbsxanalardan birinə gətirilib.

24saat.org-un xəbərinə görə, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

 

Hərbiçilərin həbsxanaya aparılmasına əsas səbəb həyatlarının təhlükə qarşısında olmasıdır. göstərilib.

 

İyulun 26-da qiyamçı hərbçilərin Yunanıstan hökumətindən siyasi sığınacaq tələbinə də baxılacaq.

 

Xatırladaq ki, bu hərbçilər iyulun 16-da səhər saatlarında “Sikorsky” modelli hərbi helikopterlə Yunanıstanın Dedeağaç hava limanına eniblər. Onların rütbələri sökülüb.

 

Yunanıstan hökumətindən siyasi sığınacaq istəyən qiyamçılar iyulun 21-də Dedeağac məhkəməsində hakim qarşısına çıxarılıblar.

 

Onlar Yunanıstana qanunsuz yolla daxil olmaqda təqsirləndirilərək iki ay azadlıqdan məhrum ediliblər.

 

Daha sonra qiyamçı hərbçilər Kavala həbsxanasına aparılıblar. Onlardan ikisi mayor, dördü kapitan, ikisi isə gizirdir.

 

Türkiyə isə Yunanıstandan qiyamçı hərbçilərin ekstradisiyasını tələb edir.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Türkiyə səfirliyi: Fövqəladə vəziyyət hüquq və azadlıqları məhdudlaşdırmayacaq

%d bloqqer bunu bəyənir: