Now Reading:
Yunanıstan qənaət paketini qəbul edir
Full Article 30 second read

Yunanıstan qənaət paketini qəbul edir



Yunanıstan parlamenti maliyyə islahatları paketini qəbul edib.

300 yerlik parlamentdə solçu hakim koalisiyanın cəmi 153 üzvü pensiyaların kəsilməsinə və vergilərin qaldırılmasına səs verib. Müxalifətdən olan deputatlar paketin əleyhinə çıxıb.

Mayın 9-da isə Brüsseldə Avropa Birliyinin maliyyə nazirləri 95 milyardlıq kreditin şərtlərinin icrası nəzərdən keçirəcək, bundan sonra Yunanıstana kredit tranşı açıla bilər.

Bazar günü minlərlə yunan Afina küçələrinə çıxaraq islahatlara etiraz edib. Nümayişçilərlə təhlükəsizlik qüvvələri toqquşub, gözyaşardıcı qazdan istifadə olunub.

Ölkənin maliyyə naziri Euclid Tsakalotos AB nazirlərinin islahatları dəstəkləməyə çağırıb, xəbərdarlıq edib ki, əks addım “uğursuz dövlət”in yaranmasına gətirər.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: