Advertisements
24 saat

Yunan azarkeşlər PAOK – “Qarabağ” oyunu öncəsi təxribata əl atıblar


Bir neçə dəqiqədən sonra Yunanıstanın Saloniki şəhərinin”Tumba” stadionunda start götürəcək Avropa Liqasının IV turunun PAOK – “Qarabağ” oyununda yerli azarkeşlər təxribata əl atıblar.

“Report”un Salonikiyə ezam olunmuş əməkdaşının məlumatına görə, PAOK azarkeşləri stadiona Ermənistan bayrağı ilə gələrək əvvəlcədən əldə olunmuş razılığı pozublar.
Lakin Azərbaycan tərəfinin müdaxiləsindən sonra bayraq yığışdırılıb.

İki klubun razılığına əsasən, azsaylı “Qarabağ” azarkeşləri Türkiyə, meydan sahibi azarkeşlər isə Ermənistan bayrağı ilə stadiona daxil olmamalıdır.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: