Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
64737

Yumurtanın süni olduğunu necə bilmək olar? – VİDEO

Xəzər TV süni yumurtaları əsl yumurtadan fərqləndirməyin yollarını araşdırıb

Satışda süni yolla hazırlanan yumurtalar var. Bakı Şəhər Baytarlıq İdarəsi faktı təsdiqləyib. Adətən plastik maddə təsiri bağışlayan bu yumurtalar insan sağlamlığı üçün də zərərlidir.
Xəzər TV süni yumurtaları əsl yumurtadan fərqləndirməyin yollarını araşdırıb.
Qırılan yumurtanın sarısı bu videonu izləyənləri təəccüb içində qoyur. Buna səbəb yumurta sarısına əllə toxunulmasına baxmayaraq formasını itirməməsi və sanki plastik maddə təsiri bağışlamasıdır.
Bakının Sabunçu rayonu ərazisindəki marketlərdən birindən alınan bu yumurtanın süni olmasını Bakı Şəhər Baytarlıq İdarəsinin nümayəndəsi müsahibəsində təsdiq edib.
Mütəxəssisin sözlərinə görə, belə yumurtadan istifadə etmək insanların sağlamlığına zərər vura bilər.
Bəs təbii yumurtanı sünisindən necə ayırd etmək olar?
Suni yumurtaların Çin Xalq Respublikasından ölkəyə gətirildiyi idddia edilir. Məsələ ilə bağlı rəsmi açıqlama verən Dövlət Gömrük Komitəsindən isə bildirirlər ki, bu ölkədən ümumiyyətlə Azərbaycana yumurta gətirilmir. Bakı Şəhər Baytarlıq İdarəsi və Quşçular Cəmiyyətindən isə bildirdilər ki, Azərbaycanda süni yumurta istehsalı yoxdur. Görüntülərdəki süni yumurta Azərbaycana xaricdən gətirilib. Maraqlısı budur ki, xaricdən gətirilən yumurtalar Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən yoxlanıldıqdan sonra ölkəyə buraxılır. Bəs maraqlıdır, görəsən, onda bu süni yumurtalar Azərbaycan bazarına necə yol tapıb?

24saat.org
Loading...

“Ölkə başçısı Tarif Şurasının qərarını dayandıra bilər”

Sonrakı Yazı »

Bakıda «Qara Cümə» endirimləri – MAĞAZALARIN SİYAHISI

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: