Advertisements
24 saat

Yuliya Ratkeviç bürünc medalı əldən verdi


Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən qadın güləşçi Yuliya Ratkeviç bürünc medal uğrunda görüşə çıxıb.

58 kq çəki dərəcəsində yer alan belaruslu legioner son təsəlliverici görüşdə tunisli Marva Amri ilə qarşılaşıb.

O, ilk hissədə 1, ikinci hissədə isə 2 xal qazanaraq, önə keçib. Sona doğru Amri ardıcıl fəndlər tətbiq edərək, nəinki fərqi aradan qaldırıb, hətta 3 xal fərqi ilə önə keçib. Tunisli pəhləvan məhz sona 3 saniyə qalmış qələbəni təmin edən xalları əldə edib.

Beləliklə, Yuliya Ratkeviç Azərbaycanın aktivinə 8-ci medalı yazdırma şansını itirib və olimpiadada 5-ci yerlə kifayətlənib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: