Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

SON DƏQİQƏ

images-cms-image-000028610

”Yüksək rütbəli polislər məni ayağımdan güllələdilər”

“Zəngin Azərbaycan dövlətinin mənim xaricdə- Rusiyada zülmlə qazandığım pula ehtiyacı var? Mənim sənədli ov tüfəngimə ehtiyacı var? Bəs mən bu pulları nə əziyyətlə qazanmışam. İndi mənə deyirlər ki, get həyatını yenidən qur. Necə qurum həyatımı? Öldürüb, şikəst etmisiniz məni.”

Bu sözləri əvvəllər maşın biznesi ilə məşğul olduğunu deyən Nicad İbrahim deyir. O, polisin onu ayağından güllələdiyini bildirir. Onun sözlərinə görə, dövlət orqanlarında çalışanlar 46910 dollarını da mənimsəyiblər. Nicad İbrahim danışır ki, başına bu hadisələr Abşeron Rayon Polis İdarəsinin mayoru Anar Əliyevdən 32 sot torpaq aldıqdan sonra gəlib. O, 2008-ci ildə “Beynəlxalq Bank”dan torpağın müqabilində maşın almaq istəyib.

Bu hadisədən sonra mayor Anar Əliyev Nicad İbrahimə deyib ki, Abşeron Polis İdarəsinin rəisinə 10 min dollar haqq ödəməlisən, yoxsa maşınına narkotik, silat atıb, səni tutduracağıq. Onun sözlərinə görə, çox keçməyib, dayısını şərləyərək 15 sutka həbs ediblər. Nicad İbrahim deyir ki, ailəsinə xələl gəlməsindən qorxub, polis orqanına 8 min dollar ödəməli olub.

Nicad İbrahim mayor Anar Əliyevin onu “Təşəbbüs” restoranına dəvət etdiyini söyləyir. Restoran sabiq baş prokuror Eldar Həsənovun qardaşı Ərəstun Həsənovundur. Ancaq məqsəd onu birdəfəlik susdurmaq imiş. Nicad İbrahim belə deyir:

“Sinəmə qəfildən tutdu. Atəş açmaq istəyəndə, tüfəng atəş açmadı. Allahdan sonra sol əlimlə tüfəngin ucunu aşağı apardım. İnsanda instiktin olaraq, qorxu hissi əmələ gəlir.Sonra dalbadal atəş açdı. Güllə ayağıma və ayaq barmağıma dəydi. Yəni sinəmə tutub, öldürmək məqsədilə güllə atırdı mənə. Özləri yüksək rütbəli polislərdir, əminliklə bilirlər ki, cinayətləri cəzasız qalacaq.”

Valideynləri onu yaralı halda Musa Nağıyev adına Xəstəxanaya çatdıra biliblər. Xəstəxananın Sabir adlı həkimi şərt qoyub ki, 2 min dollar verəcəksiniz və şikayət etməyəcəksiniz, yoxsa bir iynə ilə məhv edəcəklər. Xəstəxanaya gələn Ceyhun adlı müstəntiqin də ondan 2800 dollar aldığını deyir.

Nicad İbrahim ayağının Azərbaycanda yaxşı müalicə olunmadığını deyir. Ayağının hər an kəsilmə təhlükəsi var. Deyir, polis orqanlarına müraciət etsə də, şikayətinə baxılmır.

Ayağından güllələndiyini deyən Nicad İbrahim yalnız hadisədən 6 il sonra məhkəmə qərarı ilə tanış olur. Qərarda onun özünü güllələdiyi yazılır.

Abşeron Rayon Polis İdarəsinin polis mayoru Anar Əliyevlə əlaqə saxlamaq mümkün olmayıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi də suallarımızı cavablandırmadı.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Gəncədə 23 yaşlı qız dəm qazından boğulub

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: