Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Yüksək rütbəli hərbçiləri daşıyan helikopter qəzaya uğradı

Türkiyənin Giresun vilayətinin Alucra qəsəbəsində general və əsgərləri daşıyan hərbi helikopter qəzaya uğrayıb.

 

ANS PRESS-in məlumatına görə, CNNTürk yazır ki, helikopterin göyərtəsində Jandarma bölgə komandanı, briqada genearlı Musrtafa Doğru, həyat yoldaşı, 2 mayor, 1 polkovnik və 11 əsgər olub.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına xəbər verilib və hadisə yerinə dərhal xilasetmə qrupları, təcili tibbi yardım maşınları göndərilib. Bildirilir ki, general, mayor, polkovnik, əsgərlər və bəzilərinin ailələri Alucra qəsəbəsinə bayramlaşmaq üçün gedirmişlər

Qəza ilə bağlı hələlik rəsmi açıqlama verilməyib

İxlas xəbər agentliyinin məlumatına görə, qəza nəticəsində bir hərbçi dünyasını dəyişib, ikisinin vəziyyəti isə ağırdır.

Türkiyə Baş nazirinin müavini Nürəddin Canıklı qəzanın baş verdiyi yerə gedir.

Helikopter qəzasının baş verdiyi yer

Helikopter qəzasının baş verdiyi yer
Mustafa Doğru - Helikopterdə olan briqada generalı

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

İranda güclü partlayış: Ölən və yaralananlar var

%d bloqqer bunu bəyənir: