Loading...
Loading...
104181

Yük maşınında FETÖ-yə aid arxiv sənədlər tapıldı

Türkiyədə polisin keçirdiyi əməliyyat zamanı yük maşınından FETÖ-yə aid arxiv sənədlər tapılıb.

Moderator.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyə İş Adamları və Sənayeçiləri Konfederasiyasına (TUSKON) qarşı aparılan əməliyyatda FETÖ-çülərin arxiv sənədləri qaçırmaq istədiyi müəyyənləşdirib. Şübhəli maşını izləyən polislər İstanbulun Qartal bölgəsində yük maşınını saxlayıb və baxış zamanı TUSKON-a aid 50 qutu arxiv sənəd ələ keçirilib.

Bundan başqa, yük maşınında quruma aid mühasibat qeydləri, bütün rəsmi yazışmalar, FETÖ üzvlərinə aid vizalar aşkar edilib.

Bildirilir ki, maşından TUSKON sədri Rzanur Marala aid çoxsaylı şəxsi əşya, sənəd, gizli danışıqlarda istifadə olunan 65 sim kart, quruma aid rəqəmsal sənədlər də ələ keçirilib.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Obama dünyanın taleyi barədə xəbərdarlıq edib

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: