Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
yol

Yollara xərclənən milyonlar hara getdi? – VİDEO

Tanınmış memar Polad Əsgərov deyir ki, hər dəfə normadan artıq yağış yağan kimi yolların keçilməz olması buna cavabdeh qurumların yarıtmaz fəaliyyətinin nəticəsidir. Əziyyət çəkən isə sonda yenə sürücülərimiz olur.

“Yolları çəkilərkən suötürücü qurğular çəkmirlər. Çünki, su ötrücü qurğular xeyli maliyyə tələb edir. Çalışırlar ki, eləmsinlər. Yağış suları üçün ayrıca suötürücü qurğular qurulmalıdır. O kanalizasiya xəttinə qoşula bilməz”.

24saat.org atv.az-a istinadən bildirir ki, milyonlarla vəsait hesabına başa gələn yollarda niyə bu cür problemlər tez-tez yaşanır? Məsələ ilə bağlı Bakı Şəhəri İcra Hakimiyyətində olduq. İş vaxtı olmasına baxmayaraq, binaya nəzarət edən polislərdən başqa heç kəs qarşımıza çıxmadı.

“Azəravtoyol” ASC-nın mətbuat katibi Anar Nəcəfli isə bildirdi ki, yol çəkilərkən əksər hallarda suötürücü sistemlə təmin olunur. Su basmasının səbəbi isə yağışın normadan artıq yağmasıdır.

24saat.org
Loading...

“Ölkə başçısı Tarif Şurasının qərarını dayandıra bilər”

Sonrakı Yazı »

Çovdarovun “Sim-Sim” əməliyyatı

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: