Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
100789.jpg

Yol polisi «Range Rover»dəki ailəni ağır qəzadan xilas etdi – REAL VİDEO

Avtomobilin ziqzaqvari hərəkətindən şübhələnən polislər maşını saxlatdıqda sürücünün yuxuladığını görüblər

Dünən günorta saatlarında yol polisləri Bakı-Qazax yolunda yol qəzasının qarşısını alıblar. Bu barədə sürücü Şirin Qasımov özü məlumat verib. O bildirib ki, saat 11.30 radələrində Bakı-Qazax yolunun 240-cı km-də – Borsunlu-Dəlməmmədli yaşayış məntəqəsi ərazisində idarə etdiyi “Range Rover” markalı, 10 UE 040 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən sükan arxasında yuxulayıb. Bu zaman onu 99 YP 889 dövlət nömrə nişanlı DYP avtomobilində xidmət aparan yol polisləri saxlayıb: “Mən həyat yoldaşımla birlikdə üzü Qazax rayonu istiqamətində hərəkət edirdim. Özüm də hiss etmədən sükan arxasında mürgüləməyə başlamışam. Yol polisləri arxadan görüblər ki, maşın yolda sağa-sola gedir. Saxlatdılar. Özüm də etiraf etdim ki, sükan arxasında yuxulayırdım. Məni yol polisi postuna dəvət etdilər. “Zazalı postu” kimi tanınan yerə sürdüm. Orada əl-üzümü yumaq üçün yer göstərdilər. Sonra təklif etdilər ki, dincəlmək üçün otaq var. Mən bilmirdim. Orada öyrəndim ki, yol polisi rəhbərliyinin göstərişi ilə sürücülərin yorğun olduğu zaman və yuxulayanda gəlib postlarda dincəlməsi üçün şərait yaradılıb. Mən postda bir az dincələndən sonra polislərə təşəkkür edib yoluma davam etdim. Ən çox qorxduğum o oldu ki, maşında tək deyildim, ailəm də yanımda idi. Bir qəza olsaydı, Allah bilir nələr olardı. Mən yol polisləri ilə çox münasibətdə olmamışam. Qayda pozmuram, onlar da saxlamırlar. Bu gün gördüm ki, onlar həqiqətən insanların qeydinə qalırlar. Mənə qarşı çox yaxşı davrandılar, həyatımızı xilas etdilər”.
Sürücünü saxlayan yol polisləri Baş Dövlət Yol Polisi İdarəsinin YPXA-nın 8-ci tağımının əməkdaşları olublar. Təqdim etdiyimiz videodan da göründüyü kimi, “Range Rover” markalı avtomobil yolda ziqzaqvari hərəkət edir. Hətta yoldan kənara çıxaraq toz qaldırır. Onların arxasınca gələn yol polisi əməkdaşları bunu gördükdə sürücünün sükan arxasında yuxuladığını və ya sərxoş olduğunu zənn edərək “saxla” işarəsi verirlər. Bundan sonra avtomobil dayanır və sürücüyə yaxınlaşan inspektor onunla söhbətdən sonra posta dəvət edir. Videoda sürücünün postda əl-üzünü yuduğu, bir qədər dincələndən sonra yoluna davam etdiyi da əksini tapıb.(Avtosfer.az)

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Evlərdə ehsan da verilə bilməz – Millət vəkili

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: