Now Reading:
Yol polisi bu gündən 50 manatlıq cərimələrə başlayır
Full Article 50 second read

Yol polisi bu gündən 50 manatlıq cərimələrə başlayır



Avqustun 1-dən Daxili İşlər Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ölkə ərazisində “Təmiz hava” aylığına start verir. Bakı şəhər Dövlət Yol Polis İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, avqustun 31-dək davam edəcək “Təmiz hava” aylığı aksiyasının əsas məqsədi atmosfer havasının çirklənməsinə nəzarətin gücləndirilməsi və ətraf mühitin avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsinin qarşısının alınmasıdır.

Tədbirlə əlaqədar Bakı şəhər Dövlət Yol Polis İdarəsi nəqliyyat vasitələri sahiblərinin, sürücülərin və eləcə də avtonəqliyyat müəssisələri rəhbərlərinin nəzərinə çatdırır ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər. Ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə olunmasına və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyənləşdirilən qaydada məsuliyyət daşıyırlar.

Qeyd edək ki, avtomobildən ixrac olunan zəhərli qazların miqdarı artıq olan nəqliyyat vasitəsi sahiblərini 50 manat cərimə gözləyir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: