Yetkinlik yaşına çatmayan qızı qaçıran gənc özünü asıb


Goranboyda intihar hadisəsi qeydə alınıb.

24saat.org APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Veyisli qəsəbəsində baş verib.

Kəlbəcər rayonundan olan məcburi köçkün, Veyisli qəsəbəsində məskunlaşan 1991-ci il təvəllüdlü Rəsul Yaşa oğlu Hüseynzadə qəsəbənin yaxınlığındakı meşədə özünü asaraq intihar edib.

Məlumata görə, R. Hüseynzadə ailə qurmaq üçün qonşuluqda yaşayan, yetkinlik yaşına çatmamış qızı qaçırıb. Ailələr arasında yaranan narazılığı həll etmək üçün Goranboy rayon Polis Şöbəsinə müraciət olunub. Şöbəyə çağırılan R.Hüseynzadə bir gün sonra meşədə özünü asaraq intihar edib.

Faktla bağlı Xocalı rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

Paylaş:

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

Gəncədə “Mercedes” üç maşına çırpıldı

%d bloqqer bunu bəyənir: